Volcano Discovery saytındakı xəbərə görə, dördüncü və ya ən yüksək səviyyə, Lewotobi Laki-Laki vulkanının yüzlərlə metr hündürlüyündə kül və lava püskürtməsindən sonra həyəcan təbili çaldı.
Püskürmə İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra baş verib.
Bölgə sakinlərinin təxliyəsinə göstəriş verən səlahiyyətlilər vulkanın hələ də aktiv olduğunu bildiriblər.
Yanvarın 1-də İndoneziyada Levotobi Laki-laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib. (TRT Haber)