“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə” (XRİTD) sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz olunub. Yəni, komissiyanın tərkibindən XRİTD aid olan hissə çıxarılıb.