Yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 285,5 milyon manatlıq xidmət göstərilib. Göstərilən xidmətlərin 75 faizi əhali tərəfindən istehlak olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin doqquz ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,7 faiz artıb.
Məlumata əsasən, ötən dövr ərzində bu sahədə əldə edilmiş gəlirin 83,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 38 faizi və yaxud 859,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.