İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 16,1 faiz artaraq 2826,6 milyon manat təşkil edib. Bunun da 72,0 faizi əhali tərəfindən istehlak olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.