Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də İngiltərədə keçirilən regional seçkilərdə müxtəlif dövlət orqanlarında yerlərinin yarısını itirib. Bütün 107 bələdiyyə, yerli və regional şuralarda yekun nəticələr bazar günü elan edilib.
Mühafizəkarlar 2021-ci il seçkilərindən sonra tutduqları 989 yerdən 474-nü itiriblər. Hakim partiya yalnız 515 regional mandatı özündə saxlaya bildi. Onu təkcə müxalifətdəki Leyboristlər Partiyası (1158 yer, üstəgəl 186 mandat) deyil, həm də Liberal Demokratlar Partiyasıda (522 yer, üstəgəl 104 mandat) ötüb. 181 yer Yaşıllar Partiyasının nümayəndələrinin nəzarətinə keçib (üstəgəl 74 yer). 285 yer (plus 110) müstəqil və digər namizədlər tərəfindən qazanılıb. (Tass)