İyun 15, 2025-20:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “CIDC-2023”də uğurla təmsil olunub

2023:11:01 - 13:28
in İQTİSADİYYAT
A A

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan “CIDC 2023” tədbirində iştirak edib. Tədbirin tərəfdaşları sırasında yer alan İRİA müxtəlif istiqamətlərdə qurumu təmsil edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ötən həftə keçirilən bağlanış mərasimində Agentliyin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev “Kibertəhlükəsizlikdə tədqiqat və inkişafın rolu” mövzusunda çıxış edib. O çıxışında kibertəhlükəsizlik sahəsində tədqiqatın əsas komponentləri, Azərbaycanın bu istiqamətdə strategiyası və İRİA-nın sahənin inkişafı üzrə gördüyü işlərdən danışıb.

Tədbir çərçivəsində İRİA nümayəndələri tərəfindən iştirakçılara və dövlət qurumlarının nümayəndələrinə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, buradakı tədris və tətbiq olunan metodologiyalar, eyni zamanda, yaxın günlərdə elan olunan 3-cü dalğa ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, Agentliyin əməkdaşları tərəfindən hazırlanan kibertəhlükəsizlik məhsulu – proqram təminatı tədbir ərzində nümayiş etdirilib.

“CIDC-2023” çərçivəsində təşkil olunan “Kibermüharibə” yarışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlarından ibarət “Digital Rangers” və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 1-ci dalğasının məzunlarından ibarət “ACC Predators” komandaları yarışaraq final mərhələsinə qədər yüksəlib.

Tədbirin sonunda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov və Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov tərəfindən İRİA nümayəndələrinə sertifikatlar təqdim olunub.

Əvvəlki Yazı

Nazir: “Əminəm ki, ən qısa zamanda Xankəndidə təhsil müəssisələri fəaliyyətini bərpa edəcək”

Növbəti Yazı

Makron: Fransa şirkətləri Transxəzər dəhlizinin işlənməsində iştirak etməyə hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.