Qəzza zolağında İsraillə fələstinlilər arasında gərginliyin artması fonunda İordan çayının qərb sahilindəki bütün səhiyyə ocaqlarında fövqəladə vəziyyət elan edilib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyinin rəhbəri Mey Kaile, “İordan çayının qərb sahilindəki bütün xəstəxanalarda fövqəladə vəziyyət elan edildiyini” deyib. O əlavə edib ki, İordan çayının qərb sahilindəki tibb müəssisələri “İsrailin Qəzza zolağına təcavüzü nəticəsində yaralananları qəbul etməyə hazırdır”. (Tass)