İordan çayının qərb sahilindəki Cenində Fələstin müqavimət qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında şiddətli toqquşmalar gedir. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, “İsrail qoşunları bir neçə cəbhədən Cenin şəhərinə hücum edir, ətrafdakı Əl-Cəlama və Mukabiladan əlavə qüvvələr alır”. “İşğalçı [İsrail] qüvvələri irəliləməyə cəhd edərkən şiddətli müqavimətlə qarşılaşır”, – telekanal bildirib.