Ərəb dünyasında heç kim inanmayacaq ki, Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumda İsrail məsuliyyət daşımayıb. Bunu İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdulla əl-Səfadi CNN telekanalına açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Yaxın Şərqdə hər kəs Qəzzada xəstəxanaya hücuma görə İsrailin məsuliyyət daşıdığına inanır.
“İsrail bunu inkar edir. Düşünürəm ki, heç kim bu hekayəni almayacaq. İnsanlar qəzəbləniblər. Dünyanın bu hissəsində heç kim İsrail məlumatlarına əsaslanan sübutlara inanmayacaq. Əgər İsrail buna hazırdırsa. müstəqil beynəlxalq təhqiqat aparılsın, o zaman başqa bir şey göstərirsə, biz onunla məşğul olacağıq.Amma indi İsrail nə deyirsə, hansı məlumatları verirsə, mən sizə deyirəm ki, bütün ərəb müsəlman dünyasında Heç kim buna inanmayacaq “, keçmiş təcrübəyə və İsrailin əvvəlcə bir şeyi inkar etdiyi və istintaqın tamamilə fərqli bir hekayə göstərdiyi hallara əsaslanaraq” deyib. (TASS)