İordaniya daimi atəşkəsə və Qəzza zolağında müdafiəsiz insanların qırğınlarına səbəb olan hərbi əməliyyatlara son qoymağa çağırır. Bunu İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi Aralıq dənizi ölkələri üzrə İttifaqın xarici işlər nazirlərinin səkkizinci konfransının açılışında deyib.
“İsrailin beynəlxalq hüququ pozmasını seyr edə bilmərik,” deyə o vurğulayıb: “Fələstinlilərə qarşı təcavüz dərhal dayandırılmalı və münaqişənin siyasi həlli istiqamətində addımlar atılmalıdır”.
Baş nazirin müavini qeyd edib ki, “Aralıq dənizi İttifaqı sülhün, təhlükəsizliyin və insan haqlarının, o cümlədən Fələstin xalqının müdafiəsini gücləndirmək üçün fəaliyyət göstərmək üçün yaranıb”. (Tass)