İordaniya kralı II Abdullah hərbi əməliyyatları və Qəzza zolağının blokadasını dərhal dayandırmağa çağırıb.
Fələstinlə bağlı Qahirə sülh sammitinin açılışında danışan o, “bombalamalardan əziyyət çəkən Fələstin əhalisinə müntəzəm humanitar yardımın” yaradılmasının zəruriliyini vurğulayıb.
“Hazırda Yaxın Şərqdə gördüklərimiz davamlı və ədalətli nizamlanmanın yaradılması üçün göstərilən sülh səylərinin uğursuzluğunun nəticəsidir” deyib. (Tass)