Rəfahdakı hərbi əməliyyatlar bir milyona yaxın sakinin məcburi köçkün düşdüyü Qəzza zolağında fəlakətli vəziyyəti daha da pisləşdirib. Bunu İordaniya Kralı II Abdulla Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsi üzrə yüksək səviyyəli beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib. Bu forum Ölü dənizdəki Es Suveyma kurort şəhərində keçirilir.
“Qəzzəyə humanitar yardımın çatdırılması üçün optimal mexanizm tapmaq lazımdır, Fələstin xalqı bizdən ritorika deyil, konkret qərarlar gözləyir”, – İordaniya monarxı vurğulayıb.
Onun sözlərinə görə, Qəzzaya humanitar yardımın çatdırılması prosesi İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında atəşkəsə nail olunması ilə əlaqələndirilə bilməz. “Humanitar yardımın göstərilməsi heç bir tərəfin siyasi gündəmindən asılı olmamalıdır”, – II Abdullah qeyd edib. (Tass)