İordaniya silahlı qüvvələri Suriya ilə sərhəddə bir qrup qaçaqmalçıya qarşı əməliyyat keçirib. Bu barədə ordu komandanlığının nümayəndəsi Əl Mamlaka telekanalının verdiyi açıqlamada deyilir.
“Şimal sərhəddində baş verən qarşıdurma bir neçə saat davam edib, nəticədə dəstənin 5 üzvü məhv edilib, daha 15-i saxlanılıb, onların hamısı Suriya vətəndaşıdır”.
Sərhədçilər 627 min Captagon tableti (amfetamin tipli stimullaşdırıcı) və 3 min həşiş briketini müsadirə ediblər. Bundan əlavə, odlu silah və döyüş sursatı da ələ keçirilib. İordaniya hərbçiləri arasında itki yoxdur.
Sənəddə göstərildiyi kimi, qaçaqmalçıların silahlı dəstələri əlverişsiz hava şəraitindən istifadə edərək krallığın ərazisinə qanunsuz daxil olurlar. “Sərhədi keçmək cəhdləri son vaxtlar daha tez-tez baş verir, buna görə də İordaniya Silahlı Qüvvələri əks tədbirlər görür, yaraqlıların hərəkətini izləyir və onlara qarşı əməliyyatlar aparır”, – deyə məlumatda bildirilir. (Tass)