İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi İsrailin Suriyaya hücumlarını əsassız adlandıraraq, yəhudi dövlətini bütün regionda gərginliyi saxlamağa çalışmaqda ittiham edib. Bu barədə krallığın xarici siyasət idarəsinin rəhbəri Ankarada türkiyəli və suriyalı həmkarları Hakan Fidan və Əsəd əl-Şeybani ilə keçirdiyi mətbuat konfransında bildirib.
“İsrail Suriya ərazisinə hücumları ilə heç bir əsas olmadan Ərəb Respublikasındakı vəziyyəti qeyri-sabitləşdirməyə davam edir, regionda gərginliyi saxlamağa çalışır”, – nazir vurğulayıb. “Biz İsrailin Suriya ərazisinə hücumlarını rədd edirik. İsrailin Suriyanın daxili işlərinə qarışması qəbuledilməzdir”, – o əlavə edib.
Əl-Səfadinin sözlərinə görə, İordaniya “İsrailin hücumlarına son qoymaq üçün Suriya, Türkiyə və beynəlxalq ictimaiyyətlə koordinasiyanı dəstəkləyir”. (Tass)