İyun 16, 2025-22:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İpoteka və Kredit Zəmanət Fondu: 54 minə yaxın ailə mənzil şəraitini yaxşılaşdırıb

2024:04:09 - 11:48
in SOSİAL
A A

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi uzunmüddətli yaşayış maliyyəsi alətləri (ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə) vasitəsilə 54 minə yaxın ailə mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.

Bunu “Report”a müsahibəsində Fondun İdarə Heyətinin sədr müavini Ramil Tahirov bildirib.

“Bağlanılmış ipoteka krediti müqavilələrinin ümumi məbləği 3 milyard manatı keçib. Təkcə son üç ildə 1,2 milyard manatdan çox ipoteka krediti verilib ki, bu da 16 400-ə yaxın ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.

Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış insanların, ailələrin 70%-i gənclərdir. Fondun tələblərinə uyğun verilmiş ipoteka kreditlərinin 35 %-dən çox hissəsini dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir”, – deyə o qeyd edib.

“Bütün bunlarla yanaşı, Fond xüsusi dəstəyə ehtiyacı olan əhali kateqoriyalarının mənzil təminatının yaxşılaşdırılması üzrə dövlət proqramlarında da fəal iştirak edir. Belə ki, ölkə rəhbərinin Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncamının icrası çərçivəsində Fond 2021-2022-ci illərdə 84 mənzili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verib”, – deyə sədr müavini vurğulayıb.

“Eyni zamanda, Fond güzəştli ipoteka kreditləşməsi vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışının dəstəklənməsini həyata keçirir. 2018-ci ildən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 4 743 şəxsə 227 milyon manatdan çox ipoteka krediti verilib. MİDA-nın sərəncamında olan mənzillərin təxminən 80 %-nin satışı Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri vasitəsilə həyata keçirilib”, – deyə R.Tahirov əlavə edib.

Sədr müavini ilə geniş müsahibəni buradan oxuya bilərsiniz.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Hacıqabul rayonunda olub, avtomobil yolunun açılışında iştirak edib

Növbəti Yazı

“AzerGold” Daşkəsəndə aztəminatlı ailələrə Ramazan sovqatı təqdim edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.