Bu gün ilk dəfə olaraq 30 ildən sonra Azərbaycanın bütün suveren ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə səsvermə keçirilir. Bu, çox qürurvericidir. Xalq olaraq bu seçkilərdə iştirak etməliyik. Mən də seçkilərdə iştirak etdim və hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıram.
Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Rəşad Hüseyn vurğulayıb.
O bildirib ki, seçici fəallığı yüksəkdir: “Seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Şəhər sakinləri öz layiqli namizədinə səs verəcəkləri günü səbirsizliklə gözləyirdilər”.