Ermənistan xarici işlər nazirlərinin Tehranda keçirilməsi planlaşdırılan “3+3” formatı çərçivəsində regional görüşündə iştirak etmək üçün dəvət alıb. Bu barədə respublikanın xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə məlumat verib.
“Görüş Tehranda baş tutacaq. Biz İran tərəfdən dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr gedir və qərar qəbul edildikdən sonra məlumat verəcəyik”. (Tass)