Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna prezidentinin ofisinə rəhbərlik edən Andrey Ermak arasında Maltada baş tutan görüş anti-Rusiya xarakteri daşımayıb. Bu barədə Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
“Bu platforma Təhlükəsizlik Şurası katiblərinin platforması idi. Deməzdim ki, o, Ukraynaya həsr olunub, daha geniş gündəliyi var idi. Bu görüşün gündəliyini nəzərə alsaq, belə bir qiymətləndirmə reallığa uyğun gəlmir”, – deyə o, görüşün Qriqoryan və Ermakın anti-Rusiya xarakteri ilə bağlı olub-olmadığını soruşan jurnalistə cavab verib. (Tass)