Sentyabrın 5-də Ermənistan hökuməti delimitasiya komissiyalarının Azərbaycanla birgə işi haqqında müddəaların ratifikasiyası məsələsinə baxacaq. Müvafiq qərar Nazirlər Kabinetinin e-gov.am saytında dərc olunub.
Sənəddə qeyd edildiyi kimi, qanun layihəsi hökumət tərəfindən təsdiq edildikdən sonra Konstitusiya Məhkəməsinə, ondan sonra isə respublika parlamentinə göndəriləcək. (Tass)