Bakı siyasi iradə göstərsə, Ermənistan və Azərbaycan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
“İstəsə, yaxın 15 gün ərzində, əgər Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirsə, sülh sazişi imzalana bilər. Deyə bilərik ki, biz demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Təfərrüatları açıqlamaq istəmirəm. Prosesə xələl gətirməmək üçün”, – o qeyd edib. (Tass)