Erməni konyakı ilə yük maşınlarının Rusiya tərəfinin yoxlamalarının siyasi əlaqəsi yoxdur, bir çox yük maşınları artıq gömrükdən keçib. Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri Vaan Kerobyan brifinqdə bildirib.
“Hesab etmirəm ki, burada siyasi kontekst var; bir çox yük maşınları artıq yoxlanılıb. Biz də məhsullarımızın yüksək keyfiyyətli olmasında maraqlıyıq”, – o qeyd edib. (Tass)