İrəvan sülh müqaviləsi layihəsi ilə bağlı Bakıdan cavab təklifləri alıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə bildirib.
“Noyabrın 5-də Ermənistan Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi (layihənin 11-ci nəşri) ilə bağlı cavab təkliflərini alıb”, – məlumatda deyilir.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakının sülh sazişinin 80%-i barədə razılığa gəldiyini bəyan edərək, Azərbaycanı bu məqamları imzalamağa dəvət edib. (Tass)