Ermənistan Türkiyə tərəfdən addımlar gözləyir, sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması məsələsində heç bir real nəticə yoxdur. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
“Keçən ilin oktyabrında Türkiyənin Xarici İşlər Naziri ilə görüşdə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı razılaşmanı təsdiqlədik. Gördüyümüz kimi, hələ ki, nəzərəçarpacaq addımlar yoxdur. Bunun üçün bütün siyasi və infrastruktur şəraiti var. Ermənistan tərəfində sərhədin açılması yerindədir, biz Türkiyə tərəfini gözləyirik”, – Mirzoyan qeyd edib. (Tass)