Ermənistan və Azərbaycan sülh sazişinin 17 bəndindən 15-i üzrə razılığa gəliblər, qalan iki məsələ üzrə danışıqlar davam edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
“Hələlik razılıq əldə olunmayan iki maddədən biri üçüncü dövlətlərin qoşunlarının sərhəddə yerləşdirilməsinə, digəri isə beynəlxalq məhkəmələrdə mübahisələrə aiddir. Qalan 15 bənd razılaşdırılıb”, – o qeyd edib.
Paşinyan onu da əlavə edib ki, İrəvanla Bakı arasında vəziyyətin gərginləşməsi üçün heç bir səbəb görmür. “Mənim fikrimcə, regionda müharibə və ya eskalasiya üçün heç bir səbəb və ya ilkin şərt yoxdur. Bütün regional problemlərin həlli yollarımız var. Bu həll yolları ilə bağlı bəzi təkliflər açıq, digərləri isə diplomatik, işçi səviyyəsində verilib. Aydındır ki, regionda gərginliyin artması üçün heç bir əsas yoxdur”, – o qeyd edib.