Vətən naminə Tavuş” müxalifət hərəkatının tərəfdarları onun lideri arxiyepiskop Baqratın çağırışı ilə səhər saatlarında İrəvanın bir neçə yerində küçələri bağlamağa çalışıb, polis fəalları saxlamağa başlayıb. Etiraz aksiyaları yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanır.
Xüsusilə də müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edən şüarlarla Qələbə körpüsünü, Myasnikyan prospektini, Eraz böyük yaşayış kompleksinin yaxınlığındakı küçələri, Tiqran Mets prospektini bağlamağa başlayıb. Səhər saatlarında bir qrup müxalifətçi Paşinyanın səfərinin planlaşdırıldığı Eçmiədzin şəhərindəki 7 saylı məktəbin yaxınlığında itaətsizlik aksiyası təşkil etməyə cəhd göstərib, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah və sursat daşımaqda şübhəli bilinərək saxlanılıb. (Tass)