İran və ABŞ arasında aprelin 23-nə planlaşdırılan ekspertlər səviyyəsində danışıqlar Omanda vasitəçilərlə keçiriləcək. Bu barədə İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
“Danışıqların təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü vasitəçilər ilə Maskatda ekspert və texniki görüşlər keçiriləcək. Hazırda tərəflər danışıqların aparılması üçün ümumi prinsipləri hazırlayırlar”, – o, İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi ilə görüşdə deyib.
O əlavə edib ki, İran uranı zənginləşdirmək hüququnu vurğulayır və bu məsələ Tehranın danışıqlarda qırmızı xətlərindən biri hesab olunur. (Tass)