İranın dövlət televiziyasının verdiyi məlumata görə, Omanın paytaxtında İranın nüvə məsələsi ilə bağlı İran və ABŞ arasında danışıqların raundu başa çatıb.
Onun məlumatına görə, İran nümayəndə heyəti danışıqlar aparılan ərazini tərk edərək yaşayış yerlərinə yola düşüb.
Bundan əvvəl İran dövlət televiziyası danışıqların bir neçə gün çəkə biləcəyini bildirmişdi. (Tass)
