Tehran yalnız ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı bütün Amerika sanksiyalarını ləğv etməsindən sonra Vaşinqtonla danışıqlar aparacaq. Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fəda Hüseyn Mələki deyib.
“Əgər Tramp həqiqətən də danışıqlara inanırsa, bu istiqamətdə ilk addım sərt sanksiyaların tamamilə ləğvi olmalıdır, bundan sonra danışıqlar [İranın] milli maraqları nəzərə alınmaqla davam etdirilməlidir. Ali Rəhbərin (Ayətullah Əli Xameneinin) qərarına əsasən, parlamentə milli maraqlarımızın müdafiə olunduğunu bildiyimiz zaman danışıqlar masasına əyləşəcəyik
Martın 7-də Tramp bildirib ki, o, Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamağı təklif edən mesaj göndərib. İran lideri Amerika prezidentinin bəyanatını şərh edərkən qeyd edib ki, İslam Respublikası ABŞ-la danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür. (Tass)