İran prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib ki, ABŞ danışıqları bərpa etmək üçün İsrailin Tehrana hücumlarını dayandırmalıdır.
Mehr xəbər agentliyi onun sözlərini sitat gətirib: “ABŞ danışıqları bərpa etmək istəyirsə, ilk növbədə İsrailin regional təcavüzünü dayandırmalıdır”.