İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib. TASS-ın müxbiri xəbər verir ki, bu barədə qərar assosiasiyanın sammitində qəbul edilib.
Aİİ-də müşahidəçi ölkələr arasında Kuba və Özbəkistan da var. Avrasiya “beşliyi”nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev jurnalistlərə açıqlamasında deyib: “İran indi bizim birləşməmizdə müşahidəçi dövlətdir. (Tass)