ABŞ İsrailin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qətlə yetirmək planlarından xəbərdar olub və onların həyata keçirilməsinə icazə verib. Bunu İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib deyib.
Mehr agentliyi Xətibin bəyanatının mətnindən sitat gətirir : “Birləşmiş Ştatlar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sionist işğalçılar tərəfindən həyata keçirilən nalayiq qətlinə (İsraili nəzərdə tutur) yaşıl işıq yandırdı”. İran kəşfiyyat rəhbəri qeyd edib ki, Haniyyənin qətli “bir daha sionist rejimin qəddarlığını nümayiş etdirdi”. (Tass)