İran silahlı qüvvələri yaxın saatlarda Təl-Əvivin ətrafı Bney Brakdakı hərbi obyektlərə zərbələr endirmək niyyətindədir və sakinləri təxliyə etməyə çağırıb.
“İran İslam Respublikası işğal olunmuş ərazilərin sakinlərini sağ qalmaq üçün Bney Brak bölgəsini tərk etməyə çağırır”, – İranın SNN telekanalına istinadən Silahlı Qüvvələrin bəyanatında deyilir . “Yaxın saatlarda İran silahlı qüvvələri son günlər Təl-Əviv bölgəsində baş verdiyi kimi, sionist rejimin (İsraili nəzərdə tutur ) bu bölgədəki hərbi obyektlərinə hücum edəcək”, – deyə məlumatda bildirilir. (Tass)