İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani “Yeddilik” (G7) ölkələrinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı döyüş əməliyyatlarında istifadə etmək üçün Rusiyaya pilotsuz təyyarələrin verilməsində İslam Respublikasının əli olması ilə bağlı ittihamları əks etdirən bəyanatını rədd edib.
“Biz dəfələrlə bəyan etmişik ki, münaqişədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr təhvil verməmişik. İrandan fərqli olaraq, ittihamlar irəli sürənlər, o cümlədən ABŞ Ukraynada müharibənin davam etdirilməsindən çoxdan faydalanıb. İranı ittiham edənlər bunu edir. Özlərini düşünərək, Ukrayna xalqına qarşı hərəkət edirlər.Biz G7-nin bəyanatında yer alan ittihamları ümumiyyətlə rədd edirik”, – Tasnim agentliyi onun sözlərini sitat gətirir.
Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yeddi ölkənin xarici işlər nazirləri İranı Ukraynadakı münaqişədə “Rusiya ordusuna yardımı dayandırmağa” çağırıblar. Onlar həmçinin bütün ölkələrdən İranın “Rusiyanın hərbi səylərini dəstəkləmək məqsədi daşıyan” pilotsuz təyyarə proqramlarına komponentlərin tədarükünün qarşısını almağı tələb ediblər. (Tass)