İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışmaqda davam edir. Bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran arasında danışıqların növbəti raundunun təxirə salınması qərarını şərh edərkən deyib.
“Omanlı və amerikalı tərəfdaşlarımızla birlikdə logistik və texniki səbəblərə görə danışıqların dördüncü raundunu təxirə salmaq qərarına gəldik. Danışıqlar yolu ilə həllə nail olmaq əzmimizdə İran tərəfində heç bir dəyişiklik olmayıb”, – nazir X-də yazıb. (Tass)