İran hazırda ABŞ və İsrail ilə danışıqlar üçün heç bir fürsət görmür, çünki Vaşinqton artıq İslam Respublikasını iki dəfə aldadıb. Bu barədə Ali Rəhbərin Ofisinin müşaviri Kamal Xarazi bildirib.
“ABŞ prezidenti Donald Tramp başqalarını aldatdığ və vədlərinə əməl etmədiyi üçün artıq diplomatiya üçün yer görmürəm. Biz bunu iki dəfə görmüşük”, – deyə o bildirib.
İran rəsmisi bildirib ki, “iqtisadi təzyiq ABŞ və İsrailin İrana qarşı təcavüzünün dayandırılmasını təmin etmək üçün digər ölkələrin müdaxilə edəcəyi nöqtəyə çatdıqda” danışıqlar üçün fürsət yarana bilər.
