İran prezidenti İbrahim Rəisinin vəfatı İslam Respublikası hökumətinin işində fasilələrə səbəb olmayacaq.
Bu barədə Nazirlər Kabinetinin Telegram-kanalında dərc olunmuş məlumatında deyilir.
Sənəddə qeyd edilir ki, hökumətin işi “heç bir fasiləsiz” davam edəcək.
Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. (Tass)