İranın hava hücumundan müdafiə sistemləri İsfahan səmasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus Hermes taktiki kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurub. Bu barədə İranın dövlət televiziya və radio şirkətinin (İran İslam Respublikası Yayımları, IRIB) müxbiri vurulan təyyarənin qalıqlarını nümayiş etdirərək bildirib.
Onun məlumatına görə, PUA hədəf təyin etmək üçün istifadə edilib. (Tass)