İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin gecə hücumu ilə əlaqədar dünya təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib. Daimi Nümayəndəliyin rəhbəri Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.
“Təsnim” agentliyi iclasın tələbi ilə bağlı məlumat verən sənədin mətnindən sitat gətirir: “Sionist rejim (İsraili nəzərdə tutur) ehtiyatsız, qeyri-qanuni və düşünülmüş təcavüz aktı ilə İran İslam Respublikasındakı nüvə obyektlərinə və mülki infrastruktura bir sıra koordinasiyalı hərbi hücumlar həyata keçirib.