İran prezidenti Məsud Pezeşkian bütün Yaxın Şərq ölkələrini İsrail ordusunun Suriya ilə sərhəddə bufer zonasını zəbt etməsindən sonra İsrailin bölgədə daha da genişlənməsinin qarşısını almağa çağırıb.
“Prezident terrorçu rejimin Suriya ərazisini işğalını qətiyyətlə pisləyərək, bu ölkədəki bütün daxili siyasi qüvvələri və [Yaxın Şərq] regionu dövlətlərini sionist rejimin şər cəhdlərinə qarşı ayıq olmağa çağırıb”, – Pezeşkiyanın mətbuat xidmətinin bəyanatında deyilir. (Tass)