İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin sui-qəsdinə cavab olaraq, İran Silahlı Qüvvələri Ben-Qurion hava limanında İsrailin yanacaqdoldurma təyyarəsinə zərbə endirib. Bu barədə İran hərbi mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhərdən etibarən, Dena esminesi dənizçiləri Dr. Əli Laricani və general Qulamrza Süleymaninin qanının qisası olaraq, Ben-Qurion hava limanında yerləşən sionist rejim ordusunun (İsrail nəzərdə tutulur) strateji tanker təyyarələrinin bazasına pilotsuz təyyarələrlə zərbələr endirilib”, – Mehr xəbər agentliyi mətbuat xidmətindən sitat gətirib.
