İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, silahlı qüvvələrin elit bölməsi) Küveytdəki ABŞ helikopter bazasına zərbə endirib. Bu barədə İİKK-nın mətbuat xidməti məlumat yayıb.
İran dövlət televiziyasının verdiyi açıqlamada deyilir: “Korpusun dəniz qüvvələri Amerika terrorçularına qarşı hücum əməliyyatı zamanı bu səhər tezdən müxtəlif hücum dronları və qanadlı raketlərdən istifadə edərək Küveytdəki Əl-Udeiri helikopter bazasını məhv edib”.
