İran münaqişəni qızışdırmaq istəmir, lakin eyni zamanda İran ərazisinə hücumuna görə İsrailə “uyğun şəkildə” cavab vermək hüququnu özündə saxlayır. Bunu respublika prezidenti Məsud Pezeşkian deyib.
“Biz müharibəyə can atmırıq, lakin biz xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik, sionist rejimin təcavüzünə müvafiq cavab verəcəyik (İsrail nəzərdə tutulur)” onun mətbuat xidməti Pezeşkiandan sitat gətirir.
“Əgər sionist rejimin təcavüzü və cinayətləri davam edərsə, gərginlik artacaq və biz bilirik ki, ABŞ İsraili bu faciələrə təhrik edir. Onlar [ABŞ] bizə qarşı müharibəni sona çatdıracaqlarına söz veriblər, lakin öz öhdəliklərinə əməl etməyiblər”, – Pezeşkian əlavə edib.
Onun sözlərinə görə, “İran xalqı və İslam Respublikası 45 il ərzində (1979-cu ildə yarandığı gündən ) heç bir təcavüz qarşısında heç vaxt təslim olmayacağını göstərib”. (Tass)