Qəzza zolağında döyüşlər davam edərsə, İsraillə yeni mübarizə cəbhələrinin açılması qaçılmaz olacaq. Bu fikri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livana səfəri zamanı deyib.
“Müharibə davam edərsə, yeni cəbhələrin açılması qaçılmazdır”, – deyə Abdollahian qeyd edib. “Əgər atəşkəs davam etməsə, regionda vəziyyət dəyişəcək və hərbi əməliyyatların miqyası genişlənəcək”, – İran XİN rəhbəri əlavə edib.
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, bu zolağa, həmçinin Livan və Suriyanın müəyyən ərazilərinə cavab zərbələri endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Bundan əvvəl HƏMAS və İsrailin Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında 4 günlük humanitar atəşkəsə dair razılığa gəldiyi bildirilib. (Tass)