İran və ABŞ arasında danışıqlar Omanda davam edir və müsbət atmosferdə gedir. Bu barədə İran nümayəndə heyətinin üzvlərindən biri məlumat verib.
“İran və ABŞ arasında dolayı danışıqların atmosferi müsbətdir. Danışıqlar davam edir. Onların sabaha qədər davam etməsi ehtimalı azdır”, – o, Tasnim agentliyinə şərhində bildirib. (Tass )