İran parlamentinin üzvləri İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. Bunu İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi deyib.
“İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsinin ümumi konturları və təfərrüatları Məclis tərəfindən təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin və dinc nüvə fəaliyyətlərinin təhlükəsizliyi təmin olunmadığı təqdirdə agentlik əməkdaşlarının yoxlamalar aparmaq üçün ölkəyə buraxılmasına icazə verilməyəcək və bu, Milli Təhlükəsizlik Şurasının da təsdiqinə tabedir”, – deyə Milli Təhlükəsizlik Şurasının təsdiqlədiyi bildirilir. (Tass)