İran dinc nüvə enerjisini inkişaf etdirmək öhdəliyini təsdiqləmək üçün ABŞ ilə dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və çalışmayacaq, lakin o, heç bir halda dinc nüvə enerjisinə dair hüquqlarından imtina etməyəcək”, – İran hökumətinin Telegram kanalı prezidentin sözlərini sitat gətirir.
Pezeşkianın sözlərinə görə, nüvə texnologiyası ölkənin səhiyyə, kənd təsərrüfatı, sənayedə tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir və İran təzyiq altında öz hüquqlarından əl çəkməyəcək. (Tass )