İran prezidenti Məsud Pezeşkian deyib ki, İslam Respublikası silahlı qüvvələri İran ərazisinə edilən hücuma elə cavab verəcək ki, düşmən etdikləri əməldən peşman olacaq.
“İran xalqı və ölkə hakimiyyəti bu cinayət qarşısında səssiz qalmayacaq və İslam Respublikasının qanuni və güclü cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman edəcək”, – prezident xalqa müraciətində vurğulayıb.
Pezeşkian həmçinin xalqı birləşməyə, hakimiyyətə etibar etməyə və yayılan şayiələrə əhəmiyyət verməməyə çağırıb. (Tass)