İran hakimiyyəti ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini heç vaxt dəstəkləməyib. Bunu İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Bunlar İsrailin baş naziri Benyamin Netanyahunun sizin ABŞ xalqınıza və ya prezidentinizə inandırmağa çalışdığı təlqinlərdir, lakin bu, doğru deyil”, – Pezeşkian məsələ ilə bağlı suala cavab olaraq deyib.