ABŞ prezidenti Donald Tramp seçim etməlidir: Yaxın Şərqdə sülhü təşviq etmək və ya İsrailə ABŞ-ı İranla müharibəyə sürükləməyə imkan vermək. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Tramp regionumuzu sülhə və parlaq gələcəyə aparıb İsraili öz yerinə qoya və ya çuxura, dibsiz bir çuxura, bataqlığa düşə, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ı və ya Birləşmiş Ştatların prezidentini sürükləmək istədiyi müharibəyə girə bilər. Seçim Amerika prezidentinin ixtiyarındadır”, – Pezeşkian amerikalı jurnalist Tukerllə müsahibəsində deyib.