Qəzza böhranının ona da sirayət etmə riski səbəbindən İran regionda vəziyyətin inkişafı üçün istənilən ssenariyə hazırdır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda həmkarı Hakan Fidanla danışıqlardan sonra deyib.
“Bölgədə müharibənin yayılması ciddi təhlükədir, biz sülhün tərəfdarıyıq, lakin vəziyyətin inkişafı üçün istənilən ssenariyə hazırıq”, – deyə iranlı nazir bildirib.
Onun sözlərinə görə, “İsrail rejimi törətdiyi hərbi cinayətlərdə sərhəd tanımır”. “Biz Qəzzada və Livanda daimi və dərhal atəşkəsin tərəfdarıyıq”, – deyə Əraqçi vurğulayıb. (Tass)